AQDAM-6.jpg
8 oktyabr 2015

Ağdamda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib

Oktyabrın 8-də Ağdam rayonunun cəbhə zonasında yerləşən Evoğlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.

 

İkimərtəbəli 100 çarpayılıq körpələr evində uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.

 

Bağçanın həyətində uşaq əyləncə vasitələri quraşdırılıb, yaşıllıq zolaqları salınıb.


FOTO