img_16222_inner.jpg
24 dekabr 2013

Nərimanov rayonunda uşaqlar üçün Yeni il şənliyi

Dekabrın 24-də Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə uşaqlar üçün Yeni il şənliyi keçirilib.

 

Şənlikdə 5 nömrəli respublika xüsusi internat məktəbinin görmə qabiliyyətini itirmiş və zəif görən şagirdləri və Psixonevroloji uşaq evində müalicə olunan uşaqlar iştirak ediblər.

 

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov uşaqları bayram münasibətilə təbrik edib, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, Prezident İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əqli və fiziki məhdudiyyətli uşaqları daim diqqət mərkəzində saxladıqlarını xatırladıb.

 

Bayram şənliyində ədəbi-bədii kompozisiya, səhnəciklər nümayiş etdirilib, mahnılar səsləndirilib.

 

Tədbirdə çıxış edənlər uşaqlara göstərdikləri qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

 

Şənlikdə uşaqlara hədiyyələr paylanılıb.