11.jpg
27 may 2015

Lökbatan qəsəbəsində xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi

Mayın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib.

 

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edib. T.İsmayılova Heydər Əliyev Fondunun uşaqların intellektual və fiziki inkişafı ilə bağlı həyata keçirdiyi layihələrin rolundan söz açıb.

 

Tədbirdə uşaqlar cizgi filmi qəhrəmanlarının, klounların nömrələrini izləyiblər.

 

Tanınmış incəsənət ustalarının çıxışları ilə davam edən tədbirin sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.


FOTO