img_25327.jpg
9 sentyabr 2015

Aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub. Yeni tədris ili ərəfəsində sözügedən rayonda yaşayan imkansız, maddi durumu ağır olan ailələrdən orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 məktəbli bu aksiyadan faydalanıb.