123.jpg
17 aprel 2014

Mehriban Əliyeva – Qəlbində Azərbaycan: birinci xanım daha yaxşı dünya üçün çalışır

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva beynəlxalq səfərlər edərkən düşüncələr, insanlar və ürəklər qovuşur – Şərq və Qərb – və yaxşı işlər baş verir.

 

Mehriban Əliyeva qadın və uşaqların rifahı üçün yorulmadan çalışır. O, öz ölkəsində səfərlər edərkən və vətəndən uzaqda olarkən, UNESCO-nun xoşməramlı səfiri, təhsil və səhiyyənin inkişafına, ölkənin mədəni irsinin təbliğinə və qorunmasına yönələn saysız-hesabsız layihələrin işlənməsi ilə məşğul olan Heydər Əliyev Fondunun prezidenti kimi, dünyanı yaxşıya doğru dəyişməyə çalışır.

 

Mehriban Əliyevanın sözlərinə görə, böyük resurslara malik Fond, ətraf mühitin mühafizəsi də daxil olmaqla, ”geniş və çoxsahəli” fəaliyyətlə məşğuldur. Fond Bakıda qumlu çimərliklər, Xəzər Dənizi üzərində xiyaban, Parisdə Bilbao GuggenheimCinémathèque Française kimi möhtəşəm binaların müəllifi olan ABŞ memarı Frənk Qeri (Frank Gehry)  tərəfindən layihələndirilmiş göydələnin də daxil olduğu geniş tikililər zonasının mərkəzində yerləşəcək yeni müasir incəsənət muzeyi vasitəsilə təbiət və mədəniyyəti qovuşdurmaq istəyir.

 

“O, Azərbaycanı sivilizasiyalararası dialoqun mayakına və dini tolerantlığın mərkəzinə çevirib.”

 

Bu yaxınlarda Heydər Əliyev Fondu  Macarıstan, Rumıniya və digər Şərqi Avropa ölkələrində yoxsul ailələrdən olan uşaqlar üçün nəzərdə tutulmuş sosial layihələrin maliyyələşdirilməsi üzrə böyük planlarını açıqlayıb. Azərbaycanın birinci xanımı “böyük xidmətlər və sadiqliyə” görə 2010-cu ildə Fransa prezedenti Nikola Sarkozi tərəfindən “Şərəf Legionu” ordeni ilə təltif olunub. Xanım Əliyeva Luvr, Versal Sarayı və Straburq Kafedral kilsəsində təmir layihələrinin həyata keçirilməsinə Fond tərəfindən dəstək verilməsinin təşkilində vacib rol oynayıb.

 

Mehriban Əliyeva təhsil proqramlarına dəstək verilməsində xüsusilə fəaldır. Azərbaycanda onun rəhbərlik etdiyi Fond indi hökumətdən daha çox məktəblər inşa və təmir edir. Fond həmçinin yeni xəstəxanalar, klinikalar və qocalar evlərinin inşasını maliyyələşdirib.

 

Mehriban Əliyeva əlillərin cəmiyyətə inteqrasiyası və dinlərarası dialoqun təbliği istiqamətində yorulmadan çalışır. Diqqəti Azərbaycanın köklü dəyərlərinə yönəltməklə, ölkənin zəngin və rəngarəng irsinin qorunmasına stimul verməklə, o, dövlətinin daimi regional qüvvə kimi güclənməsinə çalışır. Çox gözəl və cazibədar, lakin təvazökar olan və mətbuatdan yayınan bu xanım gördüyü işlərin danışmasına daha çox üstünlük verir. 


http://cfi.co/asia/2014/04/mehriban-aliyeva-with-azerbaijan-at-heart-the-first-lady-reaches-out-for-a-better-world