Həştərxanda “Dostluq” uşaq bağçası

  • Layihə
  • Foto


Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdindəki “Dostluq” uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.

 

Bağçanın təməli 2013-cü il dekabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub. 2014-cü il sentyabrın 29-da Həştərxanda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bağçanın açılışında iştirak edib.

 

140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə burada 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün müasir tələblərə uyğun idman və musiqi zalları yaradılıb.



001.jpg
022.jpg
023.jpg
024.jpg
025.jpg
026.jpg
027.jpg
028.jpg
029.jpg
030.jpg