Ağstafada Vurğun qəsəbəsində Habil Əzizov adına tam orta məktəb

  • Layihə
  • Foto


Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən Habil Əzizov adına tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib.

 

Məktəb 1972-ci ildə inşa olunduğundan ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən 420 şagird yerlik yeni təhsil müəssisəsi inşa olunub.

 

Üçmərtəbəli təhsil ocağı dörd korpusdan ibarətdir. Burada zəngin kitabxana, yeməkxana, akt və idman zalları, eləcə də açıq idman meydançası var. Sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilib.


1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
8.jpg