5.jpg
25 iyun 2014

İsrailin Akko şəhərində “Azərbaycan – tolerantlıq ölkəsi” adlı fotosərgi açılıb

İsrailin qədim Akko şəhərində “Azərbaycan – tolerantlıq ölkəsi” adlı fotosərginin açılışı olub.

 

Sərgi “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (“Azİz”) tərəfindən Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə təşkil olunub.

 

Tədbirdə Akko şəhər merinin birinci müavini Zeev Noyman, Or-Akiv və Kiryat-Yama şəhər şuralarının deputatları Yosi Peysarov, Marqarita Kazakova və digər qonaqlar iştirak ediblər.

 

Sonda musiqiçilər Tomer Əliyev, Orli Abramova və “Rəqs edən mirvarilər” rəqs qrupunun çıxışı olub, Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü Anton Aqarunov öz şeirlərini səsləndirib.


FOTO