14.jpg
26 iyun 2014

Strasburqda Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş sərginin açılışı olub

Strasburqda, Avropa Şurasının iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)” layihəsi çərçivəsində sərgi açılıb.

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, eyni zamanda, quruma üzv ölkələrin deputatları, təşkilatın rəsmiləri iştirak ediblər.

 

Sərgidə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov, Şuranın demokratiya üzrə baş direktoru Sinejana Markoviç çıxış ediblər. Onlar Avropa Şurasında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən bu sərginin, eyni zamanda, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində keçirilən tədbirlərin böyük maraqla qarşılandığını vurğulayıblar.

 

Çıxışlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsinin qorunması, təbliği, dünyada tanıdılması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

 

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Sərgidə böyük şair və filosof Nizami Gəncəvinin yaradıcılığından bəhs edən kitablar, broşürlərlə yanaşı, Azərbaycan xalçaları da nümayiş etdirilir.


FOTO