01_BIRINCI-XANIM-KANN-AZARBAYCAN-CAZI-KONSERT-ISHTIRAK.jpg
8 iyul 2014

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın Kann şəhərində keçirilən “Azərbaycan cazı” gecəsində iştirak edib

İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günləri başlayıb.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan günləri “Azərbaycan cazı” konsert proqramı ilə start götürüb.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Azərbaycan cazı” gecəsində iştirak edib. Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar səsləndirilib.

 

Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.

 

Azərbaycan günləri çərçivəsində izləyicilər ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər.

 

Tədbirlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilmiş Kann şəhəri yerli sakinlər və qonaqlara Azərbaycanla yaxından tanış olmaq imkanı yaradıb.

 

2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar iyulun 9-da Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlığın təşkili də nəzərdə tutulub. Eyni məqsədlə burada qaçış üzrə marafon keçiriləcək, marafonun qalibinə Heydər Əliyev Fondu tərəfindən qiymətli hədiyyələr veriləcək.


FOTO