DSCN9179[1].jpg
22 sentyabr 2014

Parisdəki “Azərbaycan şəhərciyi”ndə “Real” instrumental ansamblı konsert proqramı ilə çıxış edib

Parisdə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Azərbaycan şəhərciyi” çərçivəsində tədbirlər davam edir.

 

Sentyabrın 22-də “Real” instrumental ansamblı şəhər sakinləri və qonaqlar qarşısında konsert proqramı ilə çıxış edib. Əməkdar Artist, gənc skripka ustası Səlim Abbasovun rəhbərlik etdiyi ansamblın üzvləri Anar Abbasov, Xəyal Abbasov və Ramil Əsədov pianoda, zərb alətlərində və barabanda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.


FOTO