14211545971384158743_750x500.jpg
13 yanvar 2015

Şamaxıda V televiziya muğam müsabiqəsinin Şirvan bölgəsi üzrə seçim turu keçirilib

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində V televiziya muğam müsabiqəsinin Şirvan bölgəsi üzrə seçim turu keçirilib.

 

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə Şamaxı, Qobustan, İsmayıllı, Göyçay, Zərdab rayonlarından, eləcə də Laçından olan məcburi köçkünlərdən 25 nəfər istedadlı gənc iştirak edib.

 

Xalq artistləri Arif Babayevin, Ramiz Quliyevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcovun, əməkdar incəsənət xadimi Nadir Axundovun daxil olduqları münsiflər heyəti gənc istedadlar arasından 4 nəfəri seçim turunun qalibi elan edib. Şamaxıdan Elim Ömərov, Şahmar Hacıyev, Qobustandan Nicat Cəbrayılov və Zərdabdan Səbuhi Məmmədov Bakıda keçiriləcək ikinci tura vəsiqə qazanıblar.