14339551104242734616_750x500.jpg
10 iyun 2015

Müasir İncəsənət Muzeyində Roma mənşəli memar və fotoqraf Simon Geranın “Bakıda rəqqas” adlı fotosərgisi açılıb

İyunun 10-da Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Roma mənşəli memar və fotoqraf Simon Geranın “Bakıda rəqqas” adlı fotosərgisi açılıb.

 

Muzeyin direktoru Xəyyam Abdinov sərginin əhəmiyyətindən danışıb, burada nümayiş olunan fotoların bir hissəsinin Bakıda çəkildiyini bildirib.

 

Qeyd olunub ki, müəllifin məqsədi rəqsin bəşəri dili ilə “mükəmməl məkanın” arxitektura quruluşunu və əraziyə məxsus özəlliyi vəhdətdə göstərməkdir.

 

Tədbirdə çıxış edən müəllif fotolarını Bakı ilə yanaşı, Avropanın müxtəlif şəhərlərində - Madrid, London, Roma, Berlin, Paris və Sankt-Peterburqda çəkdiyini bildirib. O, sərgisində əsasən müxtəlif ölkə, şirkət və akademiya rəqqaslarının məşq və dərslər zamanı, səhnə arxasında, tarixi və memarlıq üslubda olan məkanlarda canlandırdıqları obrazların yer aldığını söyləyib.

 

“Bakıda rəqqas” sərgisi son altı ildə davam edən geniş fotolayihənin bir hissəsidir.Fotolayihə çərçivəsində fotoqrafın əsərləri Avropada və Avropadan kənarda nümayiş etdirilir.


FOTO