0007.JPG
18 sentyabr 2015

Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

 

Heydər Əliyev Sarayında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək dahi bəstəkarın ömür yolundan və yaradıcılığından söz açıb.

 

Festival, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasından uvertüranın səslənməsi ilə açıq elan edilib. Orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayevdir.

 

Gecədə Azərbaycan Dövlət xor kapellası, Opera və Balet Teatrının balet truppası, Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Musiqili Teatrının ifasında maraqlı konsert proqramı təqdim olunub.

 

Festival sentyabrın 28-dək davam edəcək.


FOTO