1.1.jpg
20 iyun 2023

Dünyaşöhrətli ifaçı Daud Xan Sadozai Bakıda konsert proqramı ilə çıxış edib

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 19-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunub.

 

Gecədə əfqan rübabı və hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai musiqi ansamblı ilə çıxış edib.

 

Əvvəlcə tamaşaçıları salamlayan ansamblın üzvü Mathieu Clavel “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda konsert proqramında çıxış etməkdən məmnunluğunu bildirib: “Belə zəngin musiqi irsinə sahib bir ölkədə keçirilən “Muğam aləmi” festivalında iştirak etmək böyük şərəfdir. Əfqanıstanın ənənəvi musiqisinin təqdimatı üçün gözəl şərait yaratdıqlarına görə festivalın bütün təşkilatçılarına təşəkkürümüzü bildiririk. Hər birimiz müxtəlif ölkələrdən gəlsək də, ümumbəşəri musiqi dili bizi birləşdirir. Burada festival çərçivəsində bu gözəl anı birgə yaşayırıq. Daud Xan Sadozai mütəmadi olaraq solo konsertlər verərək müxtəlif musiqiçilər və nüfuzlu ansambllar (Jordi Savall, Ustad Farida Mahvash), eyni zamanda, öz ansamblı ilə çıxış edir. O, ifaçısı olduğu alətlərin klassik və ənənəvi folklor üslublarının gözəlliyini, klassik qəzəli böyük incəlik və ornamentlərlə nümayiş etdirməyə nail olur. D.Sadozai müntəzəm şəkildə Avropa ölkələrində ustad dərsləri və seminarlarda iştirak edir. O, həmçinin Əfqan musiqisinin inkişafı, təbliği və qorunmasında göstərdiyi xidmətlərə görə 2019-2022-ci illərdə Ağa Xan Musiqi Mükafatına layiq görülüb”.

 

Qeyd edək ki, festival iyunun 25-dək davam edəcək.


FOTO