17 aprel 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyanda 150 imkansız ailə üçün fərdi ev tikilir

Salyanda mənzil problemi olan 150 ailə üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə fərdi ev tikintisinə başlanmışdır.

 

Yeni yaşayış sahəsi şəhərin Plastik adlanan məhəlləsində salınır. Artıq 10-dan çox evin bünövrəsi qoyulmuşdur. Hər birinin yaşayış sahəsi 300-600 kvadratmetr olacaq yeni mənzillərin bir hissəsi sakinlərin ixtiyarına bu il veriləcəkdir.