1 iyun 2010

Lənkəranda valideyn himayəsindən məhrum olan uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə bayram şənliyi keçirilib

Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli uşaq evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə bayram şənliyi keçirilmişdir.


Şəhərdəki sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi internat məktəbinin və ərazidə yerləşən məktəbəqədər tərbiyə müəssisələrinin uşaqlarının da iştirak etdikləri mərasimdə balacalar istedad və bacarıqlarını nümayiş etdirmişlər.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üşün bayram süfrəsi açılmış, 200 nəfərə hədiyyələr verilmişdir.