30 dekabr 2010

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi İstanbuldakı “Çırağan” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirmişdir.


Fondun Türkiyə nümayəndəliyinin rəhbəri Samir Cəfərov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bayram təbrikini tədbir iştirakçılarına çatdırmışdır. O bildirmişdir ki, Heydər Əliyev Fondu yola saldığımız ildə dünyamiqyaslı humanitar layihələr həyata keçirmiş, mədəni irsimizin təbliği, kimsəsiz və əlil uşaqlara qayğı göstərilməsi istiqamətində mühüm addımlar atmışdır.

 

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Meral Akşener, İstanbul valisi Hüseyn Avni Mutlu, ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov son illər regionda ən yüksək inkişafa nail olmuş və dünyada nüfuzunu daha da artırmış Azərbaycan dövlətinin tərəqqisindən, Prezident İlham Əliyevin Türk və Azərbaycan diaspor təşkilatlarının həmrəyliyinə verdiyi əhəmiyyətdən, qardaş ölkələrimizin ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq gündən-günə daha da möhkəmlənən əlaqələrindən ətraflı bəhs etmişlər.

 

Tədbirdə incəsənət ustaları Azərbaycan və türk mahnılarını ifa etmişlər.