file1338785144077.jpg
2 iyun 2012

Heydər Əliyev Fondunun dəstəyi ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Lənkəran şəhərində şənlik keçirilib

1 İyun - Uşaqların  Beynəlxalq Müdafiəsi Günü Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında böyük təntənə ilə qeyd edilmişdir. Şəhərin, qəsəbə və kəndlərin məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların ifasında bayram konserti parka toplaşanlara xoş ovqat bəxş etmişdir.


Milli geyimdə olan fidanlar mahnı oxumuş, rəqs etmiş, şeirlər söyləmişlər.


Bayram tədbiri Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıq tipli uşaq evində davam etmişdir.


Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən şənlikdə uşaq evinin və xüsusi internat məktəbinin şagirdləri iştirak etmişlər.


Bayram süfrəsi arxasında davam edən mərasimdə rayonun musiqi kollektivləri ilə yanaşı, uşaq evinin istedadlı şagirdlərinin ifasında oynaq, şux musiqi təranələri səslənmişdir.


Tədbirdə çıxış edənlər uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.


Mərasimdə uşaqlara Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilmişdir.


FOTO