08_h.aliyev-fondu-uak-moskva-yeni-i.jpg
19 dekabr 2012

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənliyi təşkil edib

Dekabrın 19-da Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya paytaxtındakı “Bakı” kinoteatrında Moskvanın uşaq evlərində tərbiyə alan uşaqlar üçün Yeni il şənliyi təşkil edib.


“Bakı” kinoteatrının foyesində uşaqlar üçün yolkalar bəzədilib, müxtəlif əyləncələr təşkil olunub.


Moskvanın S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları balacaları əyləndirmək üçün şən oyunlar təqdim ediblər.


Foyedə yaradılmış şokolad fəvvarəsi, nəhəng sabun köpükləri, əl işləri dərnəyi, akvarellə bəzəklər çəkilməsi guşələrində uşaqlar aktyorların ətrafına toplaşıblar. Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları yolkanın kənarında maraqlı oyunlar və viktorinalar keçiriblər.


Bayramın ikinci hissəsi kinoteatrın tamaşa zalında davam etdirilib. S.Obraztsov adına Kukla Teatrının aktyorlarının ifasında “Qar qızın məktəbi” tamaşası göstərilib. Uşaqlar səhnədə ayı balalarının maraqlı sərgüzəştlərinə tamaşa ediblər.


Tədbirin sonunda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və ÜAK-ın əməkdaşları uşaqlara Yeni il hədiyyələri paylayıblar.


FOTO