28 dekabr 2012

Heydər Əliyev Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əlil və fiziki cəhətdən qüsurlu uşaqlar üçün bayram şənliyi keçirilib

Heydər Əliyev Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu rayonun Sahil qəsəbəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əlil və fiziki cəhətdən qüsurlu uşaqlar üçün bayram şənliyi keçirilib.


Rayon ərazisində fəaliyyət göstərən 9 nömrəli xüsusi təyinatlı internat məktəbi, 39 nömrəli kardio-nevroloji uşaq sanatoriyası və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyindən 120-ə yaxın uşağın iştirak etdiyi şənlikdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubadov uşaqları təbrik edərək onlara göstərilən dövlət qayğısından söhbət açıb.


Uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq bildirilib.


Şənlikdə Şaxta baba, Qar qız, rayonun rəqs kollektivləri, illiyonistlər və klounların çıxışları uşaqların ürəyincə olub.


Heydər Əliyev Fondu tərəfindən uşaqlara bayram hədiyyələri təqdim edilib.