2.jpg
28 dekabr 2012

Heydər Əliyev Fondu “Buta” sarayında uşaqlar üçün Yeni il şənliyi təşkil edib

Heydər Əliyev Fondu hər il olduğu kimi bu il də uşaq evlərində və internat məktəblərində tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni İl şənlikləri keçirir.

 

Dekabrın 28-də “Buta” sarayında təşkil olunmuş növbəti bayram şənliyində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

 

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərildi.

 

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanmış “Qış nağılı” proqramı təqdim edildi.

 

Leyla Əliyeva və oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdirdilər.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

 

Şənlikdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondunun bayram sovqatı, oyuncaqlar hədiyyə olundu.

 

Mehriban Əliyeva balacalarla xatirə şəkli çəkdirdi.


FOTO

VİDEO