01amor-lipesk_.jpg
20 fevral 2013

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Lipetsk vilayətindəki bölməsi qurumun sədri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri keçirib. RAGB-ın nümayəndələri bu dəfə Lipetsk şəhərindəki 2 nömrəli internat-məktəbdə olublar.


Uşaqlara Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin adından hədiyyələr paylanıb . Sonra uşaqlara oriqami üzrə maraqlı ustad dərsi keçirilib. Xoşbəxtlik, məhəbbət, sağlamlıq və dostluq rəmzi olan kağız durnanın hazırlanması üzrə ustad dərsi böyük müvəffəqiyyətlə keçib.


FOTO