03.jpg
2 dekabr 2012

Heydər Əliyev Fondu Buxarestdə “CONİL FEST VI buraxılış” adlı uşaq festivalının keçirilməsinə dəstək verib

Dekabrın 1-2-də Rumıniyanın Buxarest şəhərində Rumıniyanın milli günü ilə əlaqədar “CONİL FEST VI buraxılış” adlı  uşaq festivalı keçirilib. “CONİL” Assosiasiyasının təşkilatçılığı ilə keçirilən festivala Rumıniyanın Buxarest, Vrancea, Piteşti və Konstanta şəhərlərinin bağça və məktəblərində təhsil alan fiziki və əqli qüsurlu və qüsursuz 1500 uşaq qatılıb. Tədbirin əsas sponsorları Buxarest şəhərinin 5-ci sektoru, Rumıniya Daxili İşlər Nazirliyinin Jandarmeria xidməti və Heydər Əliyev Fondudur.

 

“CONİL” Assosiasiyasının sədri xanım Adela Hanafi Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətindən danışmış və tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə dərin təşəkkürünü bildirmişdir.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarını Rumıniyanın milli günü münasibəti ilə təbrik etmiş, Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyəti haqqında ətraflı məlumat vermiş və iştirakçıları əməkdaşlığa çağırmışdır. Çıxış nitqindən sonra İ. Hacıyev bir neçə məktəb və bağçaların uşaqlarına diplomlar və hədiyyələr təqdim etmişdir.


FOTO