01_haf-luql-maktab-tamir-yardim.jpg
11 may 2013

Heydər Əliyev Fondunun yardımı ilə Leql şəhərindəki musiqi məktəbinin bir zalı təmir edilir

Heydər Əliyev Fondu Fransanın Aşağı Normandiya regionun Orn departamentindəki Lüql musiqi məktəbinin bir zalının təmirinə yardım edib.


Azərbaycanın Fransadakı səfiri Leql şəhərində olub, Heydər Əliyev Fondunun yardımı ilə məktəbin zalında gedən təmir işləri ilə maraqlanıb.


Məktəbin direktoru Filip Andres səfirə əsası 1835-ci ildə qoyulan məktəbin tarixi, zalda gedən təmir işləri barədə məlumat verib, Heydər Əliyev Fondunun zalın bərpasına göstərdiyi yardımı yüksək qiymətləndirib, Fondun rəhbərliyinə minnətdarlığını bildirib.


Qeyd olunub ki, təmirdən sonra bu zala Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin adı veriləcək.


FOTO