15 mart 2012

Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıq tipli uşaq evində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz şənliyi keçirilib

Martın 15-də Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıq tipli uşaq evində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz şənliyi keçirilmişdir.


Bayram süfrəsi arxasında davam edən mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Səmədağa Abdullayev, uşaq evinin direktoru Ofeliya Qəmbərova uşaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, valideyn himayəsindən məhrum olan uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.


Bayram tədbirində rayonun musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişlər.


Kosa və Keçəlin mərasimdə iştirakı bayram şənliyini daha da canlandırmışdır. Onlar uşaqlar qarşısında rəngarəng nömrələrlə çıxış etmiş, yumurta döyüşdürmüşlər.


Şənliyə milli rəqs sədaları altında xüsusi hazırlanmış bayram plovu gətirilmişdir.


Tədbirdə uşaqlara hədiyyələr verilmişdir.