izmir-1.jpg
22 mart 2014

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Novruz şənliyi təşkil edib

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Türkiyənin İzmir və Samsun şəhərində Novruz bayramı münasibəti ilə tədbirlər keçirib.


İzmirdə təşkil olunmuş tədbirdə İzmir Universitetlərində təhsil alan azərbaycanlı tələbələr, universitetin müəllimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhər rəsmiləri iştirak ediblər.


Tədbirdə tələbələrin nümayəndəsi Cavid Əliyev, 9 Eylül Universitetinin professoru Rəcəb Kök, İzmir şəhərinin rəhbərliyini təmsil edən Şahin Aslan çıxış ediblər.


Samsunda təşkil olunmuş bayram tədbirində də Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, universitet müəllimləri və digər şəxslər iştirak ediblər.


FOTO