22 may 2014

“Azərbaycan ailəsi” altıncı film festivalı başa çatıb

Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində həyata keçirilən “Azərbaycan ailəsi” altıncı film festivalı başa çatıb.

 

Mayın 22-də Nizami Kino Mərkəzində festivalın bağlanış mərasimi keçirilib.

 

Tədbirdə çıxış edənlər festival haqqında məlumat verib, festivalın milli kino sənətimizin təbliği və inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.

 

Bağlanış mərasimində qaliblər mükafatlandırılıblar.