1401531813.JPG
31 may 2014

Qaradağ rayonunun Lökbatan qəsəbəsində xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib

Mayın 31-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib.

 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanda uşaqlara göstərilənın qayğı və diqqətdən danışıb, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərdən söz açıb.

 

Tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edən tədbirdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən geyim dəstləri paylanılıb.


FOTO