29 dekabr 2011

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunda uşaqlar üçün bayram şənliyi keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonun Sahil qəsəbəsində 31 dekabr – Dünya  Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilmişdir.


Rayon ərazisində fəaliyyət göstərən üç uşaq müəssisəsindən 250 uşağın iştirak etdiyi mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Abbasov uşaqları təbrik edərək hər il Heydər Əliyev Fondu tərəfindən rayonda təşkil olunan tədbirin əhəmiyyətini vurğulamışdır.


Tədbirdə rayonun rəqs kollektivlərin çıxışları da uşaqların ürəyincə olmuşdur.


Bayram şənliyində uşaqların söylədiyi şeirlər, ifa etdikləri nəğmələr maraqla qarşılanmışdır.


Yeni ilin personajları olan Şaxta baba və Qar qızın şənliyə gəlib hədiyyələr təqdim etməsi uşaqların bayram ovqatını daha da artırmışdır.


Uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilmişdir.