003.JPG
30 oktyabr 2011

Prezident İlham Əliyev Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib

Oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsuda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.

 

Təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə qoyulmuş mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülüb, çoxlu sayda ağac və gül kolları əkilib, lazımi infrastruktur yaradılıb. Mərkəzin həyətində Ağsudan olan tanınmış incəsənət xadimləri Mikayıl Mirzə, Səməndər Rzayev və Rasim Balayevə həsr olunmuş guşədə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlar var.

 

Binanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş fotoguşələr də yaradılıb.

 

Mərkəzdə tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaq. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilib. Burada xalq sənətinin tanınmış nümayəndələrindən biri Aşıq Şakirə həsr olunmuş otaq da var. Mərkəzin 80 yerlik zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

 

Prezident Ilham Əliyev Ağsu Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasını dinləyib.

 

Sonda xatirə şəkli çəkdirilib.


FOTO