14194308911912556229_750x500.jpg
24 dekabr 2014

“Azərbaycan ailəsi-2015” film festivalına start verilib

Dekabrın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi 2015” film festivalına start verilib. Festival çərçivəsində “Həyatdan şəkilə” mövzusunda foto müsabiqə də keçirilir.

 

2009-cu ildən təşkil olunan festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğidir.