14331550401051118502_750x500.jpg
1 iyun 2015

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqları üçün bayram tədbiri keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakının Nərimanov rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçirilib.


Tədbirdə rayon ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqlarına, həmçinin əqli cəhətdən zəif olan uşaqlara bayram hədiyyələri paylanılıb.


Bayram tədbirində rayon icra hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov və digərləri çıxış ediblər.


Bayram tədbiri incəsənət ustalarının ifaları və uşaq yaradıcılıq qruplarının bədii kompozisiyaları ilə davam edib.


FOTO