29 oktyabr 2015

“Azərbaycan ailəsi” film festivalına yekun vurulur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” film festivalı böyük uğurla həyata keçirilir.

 

Ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədlərinə xidmət edən sayca VII “Azərbaycan ailəsi” film festivalına 8 ay ərzində 39 film və 94 fotoşəkil təqdim edilib.

 

Noyabrın 6-da festivalın bağlanış mərasimi keçiriləcək. Qaliblərin ictimaiyyətin tanınmış nümayəndələri tərəfindən mükafatlandırılması nəzərdə tutulub.