1.jpg
25 dekabr 2015

Heydər Əliyev Fondu Qaradağ rayonunda uşaqlar üçün bayram şənliyi keçirib

Dekabrın 25-də Heydər Əliyev Fondu Qaradağ rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sağlamlıq imkanları məhdud olan uşaqlar, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram şənliyi keçirib.

 

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək uşaqların keyfiyyətli təhsil almalarının, yüksək səviyyəli tibbi xidmətlə təmin olunmalarının, onların sağlam mənəvi və sosial müdafiə mühitində böyümələrinin vacibliyini vurğulayıb. O deyib ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir.

 

Tədbir bayram konserti ilə davam etdirilib.

 

Sonda Heydər Əliyev Fondu tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim olunub.


FOTO