002.JPG
29 mart 2016

“Azərbaycan ailəsi-2016” film festivalına start verilib

Martın 29-da Bakıda Heydər Əliyev Fondunun, BMT-nin Əhali Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi-2016” film festivalına start verilib.

 

Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə 2009-cu ildən təşkil olunan festivalın əhəmiyyətindən danışılıb.

 

Festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmlərini, sosial çarxları, televiziya verilişlərini və fotoşəkillərini aprelin 1-dən oktyabrın 1-dək Təşkilat Komitəsinə təqdim etmək olar.


FOTO