10 noyabr 2011

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Türkiyənin Bursa şəhərində azərbaycanlı tələbələr üçün Qurban bayramı münasibətilə tədbir keçirib

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi AİRMED şirkətinin maliyyə dəstəyi ilə Türkiyənin Bursa şəhərində azərbaycanlı tələbələr üçün Qurban bayramı münasibətilə tədbir keçirmişdir. 


Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov tələbələri Fondun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyevanın adından təbrik etmiş, onlara təhsildə uğurlar diləmişdir. O vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin gənclərimizin xarici ölkələrdə təhsil almasına dəstək siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondu daima bu məsələni diqqət mərkəzində saxlamış, gənclərimizə hər zaman dəstək olmuşdur.


Bayram tədbiri Əskişəhirdə də davam etmişdir. Buradakı bayram süfrəsinə azərbaycanlı tələbələr və müəllimlər də dəvət olunmuşlar. Gənclərimiz onların təhsilinə göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmiş, ulu öndərimizin adına layiq olacaqlarını söyləmişlər.


Tədbirlərdə qurbanlar kəsilmiş, tələbələrimiz üçün bayram süfrəsi açılmış, musiqi proqramları təqdim olunmuşdur.