1 sentyabr 2012

Xüsusi qayğıya ehtiyacı olan bir qrup azərbaycanlı uşaq Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda səfərdədir

Xüsusi qayğıya ehtiyacı olan bir qrup azərbaycanlı uşaq Heydər Əliyev Fondunun dəstəyi ilə sentyabrın 1-də Gürcüstana səfərə gəlib.


Uşaqlar üçün bu xeyriyyə aksiyası Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun təşəbbüsü ilə artıq ikinci ildir ki, həyata keçirilir.


Azərbaycanlı uşaqlar və onları müşayiət edən şəxslər 10 gün Gürcüstanda səfərdə olacaqlar. Qeyd edək ki, bu səfərlər qarşılıqlıdır. Gürcüstandan da 16 nəfərlik nümayəndə heyəti bu müddət ərzində Azərbaycanda qonaq olacaqdır.


Səfər çərçivəsində müxtəlif maraqlı görüşlər keçiriləcək, azərbaycanlı uşaqlar Gürcüstanın tarixi yerləri, muzeyləri, ayrı-ayrı şəhərləri ilə tanış olacaqlar.