004.JPG
10 sentyabr 2012

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Qəbələ şəhər məscidində tikinti işlərinin gedişi ilə maraqlanıb


Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikintisinin son tamamlama işləri ilə tanış olub.

 

Dövlətimizin başçısı məscidin tikintisinin tam başa çatmasından sonrakı görüntülərini əks etdirən fotostendə baxıb.

 

Məlumat verilib ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin binasının tikintisinə 2011-ci ilin martında başlanıb, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılıb.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məsciddə eyni vaxtda 800-ə yaxın insan ibadət edə biləcək. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılıb. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılıb. Hazırda binanın daxilində işlər yekunlaşmaq üzrədir.


Diqqətə çatdırıldı ki, məscidin ərazisindəki məişət binasında da son tamamlama işləri görülür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar fəaliyyət göstərəcəkdir.

 

Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.



FOTO