HEYDAR-ALIYEV-FONDU-KIMSASIZ-USHAQLAR-TADBIR.JPG
26 avqust 2011

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar üçün xeyriyyə tədbiri keçirib


Heydər Əliyev Fondu yarandığı gündən humanitar layihələr həyata keçirir, mədəni irsimizin təbliği, əlil uşaqlara qayğı göstərilməsi istiqamətində mühüm addımlar atır. Fond hər il valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram tədbirləri keçirir.


Heydər Əliyev Fondu növbəti belə bir xeyriyyə tədbirini “Cresent Beach” hotelində Bakı şəhərindəki 1, 2 və 3 nömrəli uşaq evlərinin sakinləri üçün təşkil etmişdir.


Tədbirdə 100-dən çox kimsəsiz uşaq üçün süfrə açılmış, əyləncəli proqramlar təşkil olunmuşdur. Şən klounların çıxışları, Azərbaycan incəsənət ustalarının ifaları uşaqlar tərəfindən maraqla qarşılanmışdır. Şənlikdə milli musiqi nömrələrini ifa edən uşaqlara Fondun hədiyyələri verilmişdir.



FOTO