“Bakı marafonu 2024”

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib.

 

Yarışa 18 mindən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları da qoşulublar.

 

Ayrı-ayrı sahələrdən 200-dən çox şəxs fəxri iştirakçı kimi yarışıb. Xüsusi qayğıya ehtiyacı olan şəxslər builki marafonda da iştirak ediblər.

 

“Küləyə qalib gəl”şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edib. Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub, marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib.

 

İdman mübarizəsinin sonunda qaliblər müəyyənləşib. Qadınların yarışında “Bakı marafonu 2023”ün qalibi ukraynalı Nataliya Semenoviç birinci olub.

 

Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

 

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.


İlk üç yerin sahiblərinə müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim edilib.


1.JPG
3.JPG
4.jpg
6.jpg
7.1.jpg
12.1.jpg
13.jpg
16.jpg
18.1.jpg
19.jpg
24.jpg
25.1.jpg
26.jpg
29.1.jpg
33.jpg
34.jpg
36.jpg
37.jpg
39.JPG
47.JPG
60.1.jpg
62.JPG
63.JPG
67.1.jpg
68.JPG
70.JPG
86.JPG
87.jpg
93.1.jpg
94.1.jpg
95.1.jpg
97.1.jpg
99.1.jpg
104.jpg
105.JPG
109.jpg