Maqsud əbədidir

  • Layihə
  • Foto


2023-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Maqsud əbədidir” (“Максуд навсегда”) kitabı Azərbaycan və rus dillərində nəşr olunub.

 

Sənədli povest janrındakı kitab dünya şöhrətli yazıçı, nasir, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının "Şöhrət", "İstiqlal" və "Şərəf" ordenlərinin laureatı, 2012-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd Maqsud İbrahimbəyovun zəngin həyatı barədə məlumatları çatdırır.

 

Kitabın əsasını Maqsud İbrahimbəyovun öz fikirləri təşkil edir: həyatı barədə mətbuata verdiyi müsahibələri, gördüyü sevimli işinə dair düşüncələri, dostları və həmkarları ilə apardığı masaarxası şəxsi söhbətləri və s.


20.JPG