Fondun loqosu

logo

2004-cü ilin iyununda “Heydər Əliyev Fondunun loqosu” müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 2500-ə yaxın loqo təqdim edilmişdir. Seçilmiş 2 loqonun müxtəlif cizgiləri birləşdirilərək Heydər Əliyev Fondunun loqosu qəbul edilmişdir. Əliyev Faiq Becan oğlu və “Deadline” şirkəti 2004-cü ilin sonunda qalib elan olunmuşdurlar.


Heydər Əliyev Fondunun loqosu səkkizguşəli ulduzun içərisində Heydər Əliyev inisiallarının “H.Ə” əmələ gətirdiyi səkkizguşəli ulduzdan ibarətdir. İnisialları əhatə edən səkkizguşəli ulduz Azərbaycan xalqının Heydər Əliyevin ideyaları ətrafında birləşməsini göstərir.


Loqoda iki rəng qəbul edilmişdir: göy və qızılı. Göy rəng səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi, milliliyi göstərir. Qızılı rəng isə günəş, sülh, inkişaf, işıqlı gələcək simvoludur.


Hər iki rəng ümummilli lider Heydər Əliyevin istək və arzularını, ideyalarını əks etdirir.