007.gif
3 may 2013

Avrasiya İqtisadi Birliyinin baş katibi Heydər Əliyev Fondunu ziyarət edib

Azərbaycanda səfərdə olan Avrasiya İqtisadi Birliyinin baş katibi Tair Mansurov mayın 3-də Heydər Əliyev Fondunu ziyarət edib.

 

Qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.


Bildirilib ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi və humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

 

Qonaq Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.

 

Tair Mansurova məlumat verilib ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrəsidir.

 

Baş katib Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxıb.

 

Qonaq Xatirə kitabına ürək sözlərini yazıb.

 

Sonda qonaq Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıb.


FOTO

VİDEO

Paylaş: