_26A0103.jpg
14 noyabr 2013

Heydər Əliyev Fondu Ştutqartda “Azərbaycan gecəsi” təşkil edib

Noyabrın 14-də Heydər Əliyev Fondu Almaniyada “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində daha bir tədbir keçirib.Azərbaycanın Ştutqartdakı fəxri konsulluğunun dəstəyi ilə bu şəhərdə “Azərbaycan gecəsi” təşkil edilib.


“Azərbaycan gecəsi”ndə Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyevin musiqiləri, Xalq Artisti Fərhad Bədəlbəyli və Murad Hüseynovun pianoda ifaları səsləndirilib, Köln şəhərinin “Minguet Quartett”i çıxış edib.

 

Azərbaycan Respublikasının Ştutqartdakı fəxri konsulu Otto Hauzer Azərbaycanın musiqi və milli adət-ənənəsinin bir xəzinə olduğunu bildirib. O, Azərbaycanın tarixən tolerantlıq diyarı kimi tanındığını xatırladıb.

 

Otto Hauzer tədbirin təşkilinə görə, Heydər Əliyev Fonduna təşəkkür edib, Fondun bu cür layihələrlə Azərbaycanı dünyada tanıtmaqla yanaşı, ölkələrin bir-biri ilə əlaqələrinin genişlənməsinə xidmət göstərdiyini söyləyib: “Azərbaycan dünyada öz tolerantlığı ilə fərqlənir. Heydər Əliyev Fondu ölkədə tolerantlığın mövcud olmasında önəmli rol oynayır”. O.Hauzer bildirib ki, tədbirdə Azərbaycan mədəniyyəti yalnız musiqisilə təqdim olunmayacaq: “Tədbir çərçivəsində Azərbaycan mətbəxi, süfrə mədəniyyəti də qonaqlara təqdim olunur”.

 

Tədbir çərçivəsində “Almanlar Azərbaycanda” adlı fotosərgi təşkil olunub, Azərbaycanın tarixi və mədəni irsini tərənnüm edən nəşrlər təqdim edilib.


FOTO

VİDEO