Göyçay şəhərində 6 saylı məktəb

  • Layihə
  • Foto


Göyçay şəhər 6 saylı tam orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub.

 

1969-cu ildə inşa olunan məktəbin binası artıq istifadəyə yararsız vəziyyətə düşdüyündən 2023-cü ilin yanvar ayından burada bərpa işlərinə başlanılıb. Sentyabr ayında bir korpusu 3 mərtəbə, digər korpusları 2 mərtəbə olmaqla 4 korpusdan ibarət 624 şagird yerlik təhsil müəssisəsi istifadəyə verilib.

 

Məktəbdə 30 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, həyətyanı ərazisi yaşıllaşdırılıb, müasir işıqlandırma sistemləri qurulub.


21.jpg
22.JPG
23.JPG
24.png
25.png
26.jpg
27.jpg
28.jpg