Tərtərdə Şükür Rəhimov adına tam orta məktəb

  • Layihə
  • Foto


Tərtər rayonunun Azadqaraqoyunlu kəndində yerləşən Şükür Rəhimov adına tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

Üçmərtəbəli və 2 korpuslu təhsil ocağı 320 şagird yerlikdir. Buradakı bütün fənn otaqları və laboratoriyalar mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.


1.jpg
10.jpg
11.jpg