2014-cü il mayın 28-də Strasburqda, Avropa Şurasının mənzil-iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı və və Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi keçirilib.
Sərgidə milli geyimlərimiz, qədim misgərlik nümunələrimiz, milli musiqi alətlərimiz, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi nümayiş etdirilib, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri təqdim olunub.