007.JPG
15 may 2021

Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.

 

Dövlətimizin başçısına və birinci xanıma kilsədə görülən işlər barədə məlumat verilib.

 

Bildirilib ki, Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabrın 7-də bərpa işləri başa çatdırılmışdır.

 

Bərpa zamanı işlər daxili və xarici tərtibata xələl gətirilmədən Afina xartiyasına uyğun olaraq aparılıb. Yenidənqurma zamanı tikilinin 50 faizə yaxın kərpicləri, daşları bərpa olunub, kilsənin tavanı, döşəməsi dəyişdirilib. Həmçinin, həyətyanı sahə abadlaşdırılıb, sahəsi hasarlanıb, bulaq yaradılıb.

 

Kilsənin aşağı hissəsi XII əsrdə tikilib. Həmin hissənin dağıntılarının bəzisi bərpa edilib. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilib və bərpa olunub.

 

Qeyd edək ki, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir.


FOTO

Paylaş: