img_14711_inner.jpg
4 noyabr 2013

Mehriban Əliyeva Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb

Noyabrın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb.


Mehriban Əliyeva kardinal Canfranko Ravazini Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsi münasibəti ilə təbrik etdi. Son illər Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin, xüsusi ilə də mədəniyyət sahəsindəki əlaqələrin möhkəmləndirilməsində kardinalın rolunu yüksək qiymətləndirən Mehriban Əliyeva Vatikanda keçirilən tədbirlərin, dünyanın ən möhtəşəm mədəniyyət ocaqlarından olan Vatikan muzeyində Azərbaycan ilə bağlı sərgilərin Canfranko Ravazinin təşəbbüs və dəstəyi ilə reallaşdığını bildirdi. Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlığın uzunmüddətli olduğunu vurğulayan birinci xanım Heydər Əliyev Fondunun həyata keçirilən birgə layihələrin davam etdirilməsində maraqlı olduğunu dedi. Mehriban Əliyeva Heydər Əliyev Fondunun həm müxtəlif bərpa işlərində iştirak etməyə, həm də sərgilər keçirməyə hazır olduğunu bildirdi.


İkinci dəfədir Heydər Əliyev Fondunda olduğunu xatırladan qonaq bundan məmnunluğunu ifadə etdi. Kardinal Canfranko Ravazi Mehriban Əliyevanın Romaya səfərlərinin ölkələrimiz arasındakı möhkəm əlaqələrin sübutu olduğunu bildirdi, ikitərəfli münasibətlərin əhəmiyyətini yüksək qiymətləndirdiyini söylədi.


FOTO

VİDEO